Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Füzuli Beynəlxalq Hava Limanının açılışı xalqımızda möhtəşəm bayram əhval-ruhiyyəsi yaratdı

0

  •              44 günlük şanlı Vətən müharibəsinin möhtəşəm zəfərlə başa çatmasının ardından ölkəmizdə dərhal quruculuq işlərinə başlanıldı. Bu proseslər onu göstərirdi ki, Azərbaycan öz torpaqlarının, uzun müddət işğal altında qalmasına baxmayaraq, sahibidir və işğal zamanı düşmən tərəfindən vəhşicəsinə dağıdılmış yaşayış məntəqələrinin, infrastrukturun bərpa olunmasında israrlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işlərindəki qətiyyəti xüsusilə təqdirəlayiq hal kimi həm xalqımız, həm də dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir.                               Vətən müharibəsinin gedişində olduğu kimi, müharibədən sonrakı dövrdə də qardaş Türkiyənin dövlət və hökumət başçıları, eləcə də Türkiyə xalqı ölkəmizi dəstəkləməkdə davam etməkdədirlər. Son bir ildə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və hökumət üzvlərinin iki dəfə böyük heyətlə ölkəmizə səfər etmələri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin parlaq nümunəsidir.                                                      Dost gəlişi bayram olar deyiblər. Oktyabr ayının 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin Füzuli Beynəlxalq hava limanına enməsi və cənab Ərdoğanın hava limanının açılışında iştirak etməsi Azərbaycan Respublikasının vətəndaşlarında möhtəşəm bayram əhval-ruhiyyəsi yaratdı. Türkiyə Respublikasının dövlət başçısının məhz işğaldan azad edilmiş ərazidə inşa olunmuş Beynəlxalq hava limanının açılışında iştirak etməsi artıq dünya birliyinə bir mesaj idi. Bu onu göstərirdi ki, qardaş Türkiyə həmişə olduğu kimi daima haqq mübarizəsi aparan Azərbaycanın yanındadır və bu dəstək mütəmadi olaraq davam edəcəkdir.                             Füzuli Beynəlxalq hava limanının açılışından sonra iki qardaş ölkə rəhbərlərinin Zəngilana səfər etmələri, orada aparılan quruculuq işləri ilə tanış olmaları Böyük qayıdışın tezliklə başlanacağına da bir işarə idi. Onlar da şahidi oldular ki, artıq 1-ci, 2-ci,3-cü Ağalı kəndlərində inşa edilən ağıllı kənd layihələri tamamlanmaq üzrədir. Eyni zamanda Zəngilan Beynəlxalq hava limanında tikinti işləri sürətlə davam etdirilir. İki qardaş ölkənin dövlət başçıları Zəngilanda quruculuq işlərinin davam etdirilməsi işlərinin gedişi ilə yaxından tanış olmaları bir daha dünyaya Zəngəzur dəhlizinin də tezliklə reallaşacağı ilə bağlı göndərmə idi.                             Artıq Böyük Zəfərin ildönümünə sayılı günlər qalır. Ölkəmizdə bu möhtəşəm zəfərin ildönümünü qeyd etmək üçün geniş miqyasda hazırlıq işləri gedir. Bu qısa zaman kəsiyində nə qədər böyük işlərin həyata keçirildiyinə nəzər saldıqda işğaldan azad olunmuş torpaqların tezliklə canlanacağına, orada qaynar həyatın yenidən bərqərar olacağına inam birə-beş artır. O torpaqların sakinləri tezliklə öz ata-baba torpaqlarına qayıdacaqları günü, orada firəvan ömür sürəcəkləri günü səbirsizliklə gözləyirlər. Keçmiş məcburi köçkünlərin qayıdış inamı tamdır. Bu inamı yaradan isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, rəşadətli Azərbaycan Ordusunun möhtəşəm cəsarəti və xalqın birliyidir.                                          Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev!                                                Yaşasın rəşadətli, şanlı Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!       Şakir Abdullayev,   Xocalı rayon sakini, şəhid atası
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib43 dəfə
    Füzuli Beynəlxalq Hava Limanının açılışı xalqımızda möhtəşəm bayram əhval ruhiyyəsi yaratdı

    Maraqlı gələ bilər
    45
    49
    0
    55
    24